Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Fransa gəmisi “qaranlıq keçid” üsulu ilə növbəti dəfə Hörmüz boğazından keçib

Fransanın “CMA CGM SA” şirkətinə məxsus “CMA CGM Saigon” adlı konteyner gəmisi Hörmüz boğazından keçə bilib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “CMA CGM Saigon” fevralın sonlarında İran-ABŞ müharibəsinin başlamasından bəri Hörmüz boğazından keçən Qərbi Avropa ilə əlaqəli nadir gəmidir. Gəminin bölgədəki radarlardan yayınmaq üçün transponderləri söndürərək hərəkət etdiyi bildirilir.

Gəmi izləmə məlumatlarına görə, 1700 TEU tutuma malik “CMA CGM Saigon” gəmisi mayın 5-də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində görüldükdən sonra radarlardan itib. Gəmi mayın 7-də Oman sahillərində yenidən siqnal verib və Şri-Lankadakı Kolombo limanına hərəkət etdiyini təsdiqləyib.

Qərbi Avropa mənşəli gəmilərin əksəriyyəti müharibə başlayandan bəri bölgədən uzaqda qalsa da, “CMA CGM Saigon” aprelin əvvəlində də oxşar əməliyyatı uğurla həyata keçirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır