Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Yanacaq tədarükündə yaranan problem Cənubi Afrikanın Antarktika missiyasını gecikdirir

İran müharibəsinin səbəb olduğu qlobal yanacaq qıtlığı Cənubi Afrikanın Antarktika missiyasında ciddi gecikmələrə yol açıb. "SA Agulhas II" buzqıran gəmisinin aprelin 9-na planlaşdırılan Marion adası missiyası təxirə salınıb.  

"Seanews.az" xəbər verir ki, Qütb əməliyyatları üçün zəruri olan və ekstremal soyuqlara davamlı xüsusi "qütb dizeli"nin çatdırılması yalnız mayın 1-də mümkün olub.

Tədqiqat bazasında dizel ehtiyatlarının mayın 20-də bitəcəyi ehtimalı və artıq elektrik enerjisinin rasionallaşdırılmasına başlanması ciddi narahatlıq yaradıb. Keçirilən son sınaqlardan sonra yanacağın gəmiyə yüklənməsi və missiyanın yaxın günlərdə yola düşməsi planlaşdırılır. Keyptaun şəhərindən 1 242 mil məsafədə yerləşən Marion adasındakı baza iqlim elmi və okeanoqrafiya üzrə mühüm beynəlxalq tədqiqatlara ev sahibliyi edir.

Cənubi Afrika Antarktikada elmi fəaliyyəti ilə seçilən yeganə Afrika ölkəsidir. İsveçin Umeo Universitetinin son hesabatına görə, Cənubi Afrikanın Antarktika üzrə tədqiqatlarının keyfiyyəti Oksford, Stenford və Prinston kimi dünya nəhənglərini geridə qoyaraq reytinqdə 35-ci yerdə qərarlaşıb. Bu gecikmə regionda qlobal güclərin rəqabət apardığı bir vaxtda ölkənin strateji elmi missiyası üçün böyük əhəmiyyət kəsb edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır