Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Daha bir gəmidə ölümcül virus yayıldı – 1700 nəfər karantinə alınıb

Fransanın Bordo limanında lövbər salmış "Ambassador Cruise Line" şirkətinə məxsus "Ambition" kruiz gəmisində norovirus epidemiyası şübhəsi ilə 1700-dən çox sərnişin və heyət üzvü karantinə alınıb.

"Seanews.az" xəbər verir ki, mayın 12-də gəmi limana çatdıqdan sonra təxminən 50 nəfərdə kəskin mədə-bağırsaq infeksiyası əlamətləri müşahidə edilib. Əksəriyyəti Böyük Britaniya və İrlandiya vətəndaşları olan sərnişinlərin gəmidən düşməsinə və liman personalı ilə təmasda olmasına müvəqqəti məhdudiyyət qoyulub.

Səhiyyə rəsmiləri gəmiyə tibbi briqadanın göndərildiyini və patogenin növünü müəyyən etmək üçün nümunələrin götürüldüyünü bildiriblər. Mayın 11-də gəmidə 92 yaşlı britaniyalı sərnişin ürək tutmasından vəfat etsə də, hələlik bu ölüm faktı ilə virus arasında birbaşa əlaqə tapılmayıb.

Şotlandiyadan yola düşən və İspaniyaya getməyi planlaşdıran gəmidəki vəziyyətin laboratoriya cavablarından sonra dəqiqləşəcəyi gözlənilir. Rəsmilər bu hadisənin digər gəmilərdə qeydə alınan hantavirus halları ilə əlaqəli olmadığını vurğulayıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır