Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

ABŞ Hind okeanında İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla məlumat yayıb.

Qəzetin yazdığına görə, sözügedən gəmi ABŞ hakimiyyətinin mart ayında sanksiya tətbiq etdiyi “Skywave” tankeridir. Məlumata əsasən, çərşənbə axşamı gəmi Malayziyanın qərb sahilləri yaxınlığında yerləşirdi.

Bu, İranla bağlı qarşıdurmanın başlanmasından bəri ABŞ tərəfindən ələ keçirilən üçüncü neft tankeridir. Aprel ayında ABŞ qüvvələri “Majestic X” və “Tiffany” gəmilərini də saxlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır