Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Sorğu: Dəniz tədarük zəncirində şəffaflıq boşluğu artır

Risklərin idarə edilməsi üzrə qlobal agentlik olan "Achilles"in yeni araşdırmasına görə, dəniz nəqliyyatı sektorunda artan risklərə qarşı şirkətlərin tədarük şəbəkələri üzərindəki nəzarət səviyyəsi yetərsizdir.

“Seanews.az” xəbər verir ki, agentliyin keçirdiyi sorğuda iştirak edən dənizçilik təşkilatlarının 75%-i tədarük zəncirlərində qismən və ya məhdud görünürlüyə malik olduqlarını bildirib. Respondentlərin yarıdan çoxu növbəti iki il ərzində tədarük zənciri risklərinin daha da artacağını gözləyir. Qırmızı dəniz və Hörmüz boğazındakı gərginlik səbəbindən gəmilərin marşrutunu dəyişən şirkətlərin bir hissəsi artıq zərəri 10 milyon dolları keçən böhranlarla üzləşib.

Şirkətlərin 75%-dən çoxu səmərəliliyi artırmaq üçün süni intellekt  texnologiyalarını sınaqdan keçirir, lakin tətbiq hələ ilkin mərhələdədir.

Araşdırmada o da qeyd olunur ki, digər qlobal sənaye sahələrindən fərqli olaraq, dənizçilikdə ekoloji layihələrin və karbon qazı tullantılarının azaldılması hədəflərinin əsas hərəkətverici qüvvəsi rəsmi tələblər deyil, birbaşa müştərilərin gözləntiləridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır