Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Dənizdə insan həyatının qorunması üçün yenilənmiş xilasetmə təlimatı təqdim olunub

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Beynəlxalq Dəniz Təşkilatı (IMO) və Beynəlxalq Gəmiçilik Palatası (ICS) dənizdə təhlükə ilə üzləşən qaçqın və miqrantların xilas edilməsini gücləndirmək məqsədilə yenilənmiş “Rescue at Sea” təlimatını təqdim edib.

“Seanews.az” xəbər verir ki, Londonda IMO-nun mənzil-qərargahında  təqdim olunan sənəd gəmi kapitanları, ekipajlar, dövlət qurumları və xilasetmə əməliyyatlarında iştirak edən tərəflər üçün praktik rəhbərlik rolunu oynayır. Təlimatda dənizdə təhlükədə olan şəxslərin operativ xilas edilməsi və beynəlxalq hüquqa uyğun təhlükəsiz limana çatdırılması qaydaları ətraflı izah olunur.

UNHCR-nin məlumatına görə, 2025-ci ildə Aralıq dənizində 1 953 nəfər ölüb və ya itkin düşüb. Cənubi və Cənub-Şərqi Asiya marşrutunda isə 6 500-dən çox rohinca qaçqınının təhlükəli dəniz keçidinə cəhd etdiyi, onlardan 892 nəfərin həyatını itirdiyi və ya itkin düşdüyü bildirilib.

Təşkilatlar vurğulayıblar ki, dənizlər humanitar məkan kimi qəbul edilməli, təhlükədə olan insanların xilas edilməsi öhdəliyi ayrı-seçkilik olmadan yerinə yetirilməlidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır