Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Somali yaxınlığında tanker şübhəli yaxınlaşmanı uzaqlaşdırmaq üçün xəbərdarlıq atəşi açıb

Ədən körfəzində üzən tanker mayın 22-də şübhəli yaxınlaşma zamanı təhlükəsizlik heyətinin xəbərdarlıq atəşi açdığını bildirib. Hadisənin Somali quldur qruplarının fəaliyyəti ilə əlaqəli olduğu ehtimal edilir.

“Seanews.az” xəbər verir ki, tanker Yəmənin nəzarətində olan Sokotra adasından təxminən 98 dəniz mili məsafədə hərəkətdə olarkən içərisində beş nəfər olan kiçik qayıq ona yaxınlaşıb. Tankerin silahlı mühafizəçiləri xəbərdarlıq atəşi açdıqdan sonra qayıq istiqamətini dəyişərək ərazidən uzaqlaşıb.

Avropa İttifaqının Hind okeanı üzrə Dəniz Təhlükəsizliyi Mərkəzinin məlumatına görə, bu, son bir həftədə qeydə alınan üçüncü oxşar hadisədir. Hazırda Somali sahillərində üç gəmi quldur qruplarının nəzarətində qalır. Onların “MT Honour 25”, “Sward” və “Eureka” gəmiləridir. Bildirilir ki, quldurlar “Eureka” tankerinin azad edilməsi üçün 3 milyon dollar tələb edirlər.

Böyük Britaniyanın UKMTO qurumu Somali sahilləri və Somali hövzəsində dəniz quldurluğu təhlükəsinin yüksək olaraq qaldığını vurğulayaraq gəmilərə sahildən ən azı 150 dəniz mili uzaqda hərəkət etməyi tövsiyə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır