Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Keniya təhlükəsizlik problemləri ilə gündəmə gələn Likoni keçidi üçün yeni bərə alır

Keniya hökuməti Mombasa şəhərində yerləşən və uzun müddətdir təhlükəsizlik problemləri ilə diqqət çəkən Likoni bərə keçidi üçün yeni gəmi almağa hazırlaşır.

“Seanews.az” xəbər verir ki, təxminən 23 milyon dollar dəyərində olacaq yüksək tutumlu bərənin yaxın altı ay ərzində istismara verilməsi planlaşdırılır.

Likoni keçidi Mombasa adasının cənub hissəsini materiklə birləşdirən əsas nəqliyyat xəttidir və hər gün buradan 300 mindən çox sərnişin, eləcə də minlərlə avtomobil keçir. Lakin köhnəlmiş bərə donanması səbəbindən son illərdə keçiddə sıxlıq, idarəetmə problemləri, texniki nasazlıqlar və qəzalar artıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə sərnişinlərin nəzarətsiz şəkildə bərələrə minməsi, uzun növbələr və təhlükəli vəziyyətlər əks olunub. Keçiddə istifadə olunan bəzi bərələrin isə dənizəyararlılıq sertifikatı illər əvvəl ləğv edilib.

Prezident Uilyam Ruto bildirib ki, yeni bərə ilə yanaşı, Mombasada nəqliyyat və hərəkət infrastrukturunun yaxşılaşdırılması üçün əlavə vəsait də ayrılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır