Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Kiçik balıqçı gəmisi “Megamax” konteyner gəmisi ilə toqquşub

Şimal dənizinin Niderland sektorunda kiçik balıqçı gəmisi ilə 230 min tonluq “Singapore Express” konteyner gəmisi toqquşub.

“Seanews.az” xəbər verir ki, hadisə mayın 21-də Tersxellinq adasının şimalında baş verib.

Məlumata görə, Rotterdam limanından Hamburqa yola düşən 24 min TEU tutumlu “Singapore Express” ilə balıqçılıq fəaliyyəti aparan “Stella Polaris” gəmisi kəsişən kursda hərəkət edərkən toqquşub.

Qəza nəticəsində balıqçı gəmisinin kapitan körpüsü ciddi zədələnib, gəminin burun hissəsində də deformasiya yaranıb. Buna baxmayaraq, gəmi batmayıb və Harlinqen limanına yedəklənib.

Hadisə zamanı “Stella Polaris” gəmisinin bir heyət üzvü yüngül xəsarət alıb. “Singapore Express” gəmisində isə zərər qeydə alınmayıb. Faktla bağlı araşdırma aparılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır