Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

IMO təsdiqlədi: Gəmilərdə AIS sisteminə yeni alternativ tətbiq olunacaq

Beynəlxalq Dəniz Təşkilatı (IMO) yanında fəaliyyət göstərən Dəniz Təhlükəsizliyi Komitəsi VHF (çox yüksək tezlik) texnologiyası əsasında işləyən VDES məlumat mübadiləsi sistemini beynəlxalq tənzimləyici çərçivəyə daxil edib. Yeni qaydaların 2028-ci il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.

“Seanews.az” xəbər verir ki, VDES hazırda gəmilərdə istifadə olunan  Avtomatik İdentifikasiya Sisteminə (AIS) alternativ kimi nəzərdə tutulub. Sistem daha çox məlumatın daha sürətli və təhlükəsiz şəkildə ötürülməsinə imkan verir. Eyni zamanda autentifikasiya funksiyası sayəsində gəmi izləmə məlumatlarının saxtalaşdırılması riskini azaltmağa kömək edir.

Dəniz Təhlükəsizliyi Komitəsinin 111-ci sessiyasında gəmi avadanlıqları üçün yenilənmiş VDES standartları və sistemin istifadəsinə dair təlimatlar da qəbul edilib. SOLAS Konvensiyasına edilən dəyişikliklərə əsasən, VDES-in AIS-ə alternativ olaraq könüllü tətbiqinə icazə veriləcək.

Komitə həmçinin Uzaq Məsafədən Gəmi İdentifikasiyası və İzləmə (LRIT) sistemi ilə bağlı dəyişiklikləri də təsdiqləyib. Yeniliklər gəmi izləmə məlumatlarına çıxışı asanlaşdıraraq təhlükəsizlik, axtarış-xilasetmə əməliyyatları və dəniz çirklənməsinə qarşı mübarizəni gücləndirməyi hədəfləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır