Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Lonq Biç limanı ilk metanol bunkerlənməsi üçün 1 milyon dollar mükafat təklif edir

ABŞ-nin Lonq Biç limanı limanda ilk tammiqyaslı metanol bunkerlənməsi əməliyyatını həyata keçirəcək gəmi operatoruna 1 milyon dollar mükafat verəcəyini açıqlayıb.

“Seanews.az” xəbər verir ki, “Təmiz yanacaq bunkerlənməsi çağırışı təşviq mükafatı” adlı təşəbbüs metanol yanacağının dəniz nəqliyyatında istifadəsini sürətləndirməyə hesablanıb.

Hazırda dünyada təxminən 400 metanol ilə işləyə bilən ikili yanacaq sistemli gəmi fəaliyyət göstərsə də, “yaşıl” metanolun məhdud olması səbəbindən onların əksəriyyəti hələ də ənənəvi bunker yanacağından istifadə edir.

Metanol yanacağı istixana qazı emissiyalarını azaltmaqla yanaşı, havanın keyfiyyətini də yaxşılaşdırır. Məlumata görə, metanol istifadə edildikdə hissəcik emissiyaları 95 faiz, kükürd oksidləri 99 faiz, azot oksidləri isə 60 faiz azalır.

Təşəbbüs həm də alternativ yanacaq infrastrukturunun inkişafına və Lonq Biç limanının təmiz bunkerlənmə mərkəzlərindən birinə çevrilməsinə xidmət edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır