Rotterdam limanında ilk etanol bunkerlənməsi həyata keçirilib
Rotterdam limanında ilk dəfə dəniz gəmisinə etanol bunkerlənməsi həyata keçirilib. “X-Press Feeders” şirkətinin “Eco Levant” konteyner gəmisi etanol yanacağı ilə təmin olunub.
“Seanews.az” xəbər verir ki, gəmi bunkerlənmədən sonra etanol və metanol qarışığı ilə fəaliyyət göstərməyə başlayıb. Yanacaq qarışığının 90 faizini biometanol, 10 faizini isə ikinci nəsil etanol təşkil edib.
Etanol və metanol gəmidə ayrıca qəbul olunub, daha sonra isə gəminin özündə qarışdırılıb.
“X-Press Feeders” bildirib ki, şirkət gəmiçilikdə emissiyaların azaldılması üçün alternativ yanacaq həllərinin tətbiqi və inkişafını davam etdirəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

