Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Kabeldüzən gəmi konteyner gəmisi ilə toqquşma nəticəsində deşilib

Pakistanın Kəraçi limanı yaxınlığında kabeldüzən “Niwa” gəmisi ilə konteyner gəmisi toqquşub.

“Seanews.az” xəbər verir ki, hadisə nəticəsində kabel gəmisinin ciddi zərər aldığı, gövdəsində deşik əmələ gəldiyi bildirilir.

BƏƏ-dən idarə olunan, 1991-ci ildə inşa edilmiş 146 metrlik “Niwa” kabel gəmisi Omanın Salalah limanından Kəraçiyə daxil olurmuş. Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən 2700 TEU tutumlu “Papu” konteyner gəmisi isə Kəraçidən Səudiyyə Ərəbistanının Ciddə limanına yola düşürmüş.

Toqquşmadan sonra liman yedək gəmiləri zədələnmiş “Niwa”nı Kəraçidəki körpüyə çatdırıb, “Papu”ya isə lövbərdə qalmaq göstərişi verilib. Konteyner gəmisində zərər barədə məlumat verilməsə də, bəzi konteynerlərin dənizə düşdüyü bildirilir.

Pakistan rəsmiləri hadisənin səbəblərini və mümkün ekoloji təsirləri araşdırır. Ölkənin dəniz işləri naziri Cuneyd Ənvər Çaudri bildirib ki, qəzaya hər iki kapitanın səhlənkarlığının səbəb olduğu ehtimal edilir.

Həmçinin qeyd olunur ki, “Papu” konteyner gəmisi 2025-ci ilin noyabrında Çində keçirilən “Port State Control” yoxlaması zamanı 17 texniki çatışmazlığa görə irad almışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır