Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

ABŞ qüvvələri Oman körfəzində kiçik yük gəmisinə zərbə endirib 

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) mayın 29-da Oman körfəzində kiçik yük gəmisinə zərbə endirildiyini açıqlayıb. Bildirilir ki, ABŞ qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayan gəmi İran limanına doğru hərəkət edirdi.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, Qambiya bayrağı altında üzən “Liam Star” adlı 1600 tonluq yük gəmisinin mühərrik bölməsi ABŞ təyyarəsindən buraxılan “Hellfire” raketi ilə vurulub. Hazırda gəminin dənizdə hərəkətsiz qaldığı bildirilir.

CENTCOM-un məlumatına görə, gəmiyə ABŞ blokadasını pozduğu barədə 20-dən çox xəbərdarlıq edilib. AIS məlumatlarında isə gəminin Pakistan istiqamətindən İraqa getdiyi göstərilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır