Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Fransa Rusiya tankerini saxlayıb

Fransa Atlantik okeanında Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən “Tagor” tankerini saxlayıb.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, sanksiya siyahısında olan tanker Rusiyanın Murmansk limanından yola çıxıb. Əməliyyatı Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi müttəfiq qüvvələr həyata keçirib. Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterdən gəmiyə enən xüsusi təyinatlılar tankeri nəzarətə götürüblər. Ekipajın müqavimət göstərmədiyi bildirilir.

Fransa prezidenti Emanuel Makron sosial şəbəkə hesabında yayımladığı açıqlamada gəminin sanksiyalardan yayınmağa çalışdığını və dəniz hüququnu pozduğunu iddia edib.

Rusiya tərəfi isə əməliyyatı “qanunsuz” adlandıraraq Fransa və Böyük Britaniyanın hərəkətlərini pisləyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır