Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük FLNG kompleksinin inşasına yaşıl işıq yandırılıb

ABŞ-nin ilk üzən mayeləşdirilmiş təbii qaz (LNG) zavodu və dünyanın ən böyük FLNG kompleksi olacaq “Delfin FLNG 1” layihəsi üzrə yekun investisiya qərarı qəbul edilib.

“Seanews.az” xəbər verir ki, üzən zavod Luiziana sahillərindən təxminən 40 dəniz mili məsafədə yerləşdiriləcək.

Layihənin ilk mərhələdə illik LNG ixrac gücü 4,4 milyon ton olacaq. Gələcəkdə isə üç FLNG gəmisindən ibarət kompleksin ümumi istehsal gücünün ildə 13,2 milyon tona çatdırılması planlaşdırılır.

Təxminən 5 milyard dollar dəyərində qiymətləndirilən layihənin investorları sırasında “BlackRock”un tərkibində fəaliyyət göstərən “Global Infrastructure Partners”, “Mitsui O.S.K. Lines” (MOL), “Vitol” və “Diameter Capital Partners” yer alır.

FLNG gəmisinin dizaynı “Samsung Heavy Industries” ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Şirkətin məlumatına görə, ilk gəminin 2030-cu ildə istismara verilməsi nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır