Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

El-Ninyo proqnozu səbəbindən Panama kanalında icazə verilən suyaoturumu dərinliyi azaldır

El-Ninyo hava hadisəsinin yenidən su qıtlığı yarada biləcəyi ilə bağlı proqnozlar səbəbindən Panama Kanal İdarəsi kanalda gəmilər üçün icazə verilən maksimum suyaoturumu dərinliyini iyulun 1-dən 50 futdan 49,5 futa (15 metr) endirəcəyini açıqlayıb.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

Qurum bildirib ki, qərar 2023–2024-cü illərdə yaşanan ciddi su çatışmazlığının təcrübəsi və kanalın əsas su mənbəyi olan Qatun gölündəki mövcud və proqnozlaşdırılan su səviyyələri nəzərə alınaraq qəbul edilib.

Mütəxəssislər Sakit okeanda passat küləklərinin zəifləməsi və suyun temperaturunun artması ilə xarakterizə olunan El-Ninyo hadisəsinin güclənəcəyini proqnozlaşdırırlar. Bu isə Panama kanalında yenidən su qıtlığı riskini artırır.

2023–2024-cü illərdə baş vermiş El-Ninyo səbəbindən kanal administrasiyası icazə verilən suyaoturumu dərinliyini 38,5 futadək azaltmış, gündəlik keçid sayını məhdudlaşdırmışdı. Nəticədə kanalda uzun növbələr yaranmış, bəzi konteyner xətləri alternativ logistika həllərinə keçməyə məcbur olmuşdu.

Bu il Panama kanalından keçən gəmi sayı təxminən 8 faiz artıb. Bunun əsas səbəblərindən biri Hörmüz boğazındakı problemlər fonunda ABŞ-dan Asiyaya neft və qaz daşımalarının çoxalmasıdır.

Bundan əlavə, Qatun şlüzlərinin bir xətti iyunun 9–17-də planlı təmirə bağlanacaq. Bu müddətdə keçidlər tək xətt üzrə həyata keçiriləcək və gündəlik keçid sayı əhəmiyyətli dərəcədə azalacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır