Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Kiel limanında kruiz gəmisində partlayıcı həyəcanı yaşanıb

Almaniyanın Kiel limanında lövbərdə olan Mein Schiff Relax kruiz gəmisinə yüklənməsi nəzərdə tutulan təchizatın yoxlanışı zamanı partlayıcı maddə izlərinə dair siqnal aşkarlanıb.

“Seanews.az” xəbər verir ki, hadisə iyunun 11-də gəminin Oslo reysinə hazırlığı zamanı baş verib. Polad troslarla yüklənmiş dörd palet təhlükəsizlik yoxlamasından keçirilərkən partlayıcı aşkarlama sistemi işə düşüb. Təhlükəsizlik tədbiri olaraq gəminin sol bort hissəsi və terminalın ətrafı boşaldılıb.

Hadisə yerinə çağırılan bomba zərərsizləşdirmə qrupu ətraflı yoxlamadan sonra təhlükənin olmadığını müəyyən edib və təxminən iki saat sonra məhdudiyyətlər aradan qaldırılıb.

Bundan sonra gəmi planlaşdırıldığı kimi Oslo istiqamətində səfərə çıxıb və artıq Norveç paytaxtına çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır