Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Xorvatiyada sürətli gəmi ilə yelkənli qayıq toqquşdu – 4 ölü

Xorvatiyanın Split boğazı ərazisində “Krilo Eclipse” adlı Xorvatiya bayraqlı sürətli gəmi ilə Fransa bayraqlı yelkənli qayıq toqquşub. Qəza nəticəsində 4 nəfər həlak olub, 4 nəfər yaralanıb.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, hadisə iyunun 14-də yerli vaxtla təxminən 11:30-da Splitske Vrata keçidində baş verib. Yelkənli qayıqda 8 Çexiya vətəndaşı, sürətli gəmidə isə 118 sərnişin və 7 ekipaj üzvü olub.

Qəza sonrası Xorvatiya Sahil Mühafizəsi, helikopter və digər xilasetmə qüvvələrinin iştirakı ilə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı başladılıb.

Yelkənli qayıqdakı 4 nəfər xilas edilərək xəstəxanaya aparılıb, 3 nəfər hadisə yerində ölüb, 1 nəfər isə itkin düşüb. Daha sonra aparılan axtarışlar nəticəsində batmış gəmi 50 metrdən artıq dərinlikdə aşkar edilib və itkin düşən şəxsin cəsədi tapılıb.

“Krilo Eclipse”nin sərnişinləri təhlükəsiz şəkildə təxliyə edilərək başqa gəmiyə köçürülüb və gəmi daha sonra Split limanına yedəklənib. Hadisə ilə bağlı istintaq davam edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır