Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Fars körfəzində ilişib qalan gəmilər dalğıc xidmətlərinə tələbatı artırıb

Fars körfəzində üç aydan artıq müddətdə gözləyən yüzlərlə gəminin Hörmüz boğazının yenidən açılmasına hazırlaşması ilə gəmi gövdələrinin təmizlənməsi üzrə dalğıc xidmətlərinə tələbat kəskin artıb.

“Seanews.az” xəbər verir ki, Dubayda yerləşən “Prominence Shipping Services” şirkətinin baş inspektoru Manandeep Singh Kukrejan bu barədə məlumat verib. Onun sözlərinə görə, ABŞ-İran müvəqqəti sülh razılaşmasının elan edilməsindən sonra yosun, selik və balıqqulaqları ilə örtülmüş gəmi gövdələrinin təmizlənməsi üçün sifarişlər 30 dəfədən çox artıb.

Artan tələbat nəticəsində bir gəminin sualtı təmizlənməsi üzrə xidmət haqqının 60%-ə qədər yüksələrək 8 min dollara çatacağı gözlənilir. Bir neçə gün əvvəl isə bu xidmətin qiyməti təxminən 5 min dollar idi.

Hazırda Fars körfəzində təxminən 600 gəmi var. Müharibənin başlamasından sonra uzun müddət hərəkətsiz qalan gəmilərin əksəriyyətinin gövdəsində dəniz canlıları və çirklənmələr toplanıb. Bir çox limanlar belə gəmilərin invaziv növlərin yayılması riskinə görə qəbuluna məhdudiyyət qoyur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır