Yəmən sahillərində tanker insidenti qeydə alınıb
Yəmənin Əl-Şihr şəhərindən təxminən 50 dəniz mili cənub-şərqdə üzən tankerə beş silahlı şəxsin olduğu kiçik qayıq (skif) yaxınlaşıb.
“Seanews.az” xəbər verir ki, bu barədə iyunun 21-də Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) bildirib.
UKMTO-nun məlumatına görə, silahlı şəxslərin gəmiyə çıxmağa cəhd etdiyi ehtimal olunur. Buna cavab olaraq tanker yayınma manevrləri edərək marşrutunu dəyişib və qayıqdan uzaqlaşıb.
Hadisədən sonra gəmi səfərini növbəti təyinat limanına doğru davam etdirib. Bildirilir ki, həm gəmi, həm də ekipaj üzvləri təhlükəsiz vəziyyətdədir. Hadisə ilə bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

