Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Türkiyənin kruiz turizmində 14 ilin may rekordu

Türkiyədə kruiz turizmi yüksəlişini davam etdirir. Bu ilin may ayında ölkə limanlarına 169 kruiz gəmisi yan alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,2% çoxdur.

Sərnişin sayı isə 10,8% artaraq 257 897 nəfərə çatıb. Beləliklə, Türkiyədə son 14 ilin may ayı üzrə ən yüksək kruiz gəmi və sərnişin göstəricisi qeydə alınıb.

Ən çox kruiz gəmisini və sərnişini qəbul edən liman yenə də Kuşadası olub. İlk beş ay ərzində limana 129 gəmi yan alıb və 189 141 sərnişin gəlib. İstanbul limanları 66 gəmi və 115 323 sərnişinlə ikinci, İzmirin Alsancak limanı isə 26 gəmi və 51 202 sərnişinlə üçüncü yerdə qərarlaşıb.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, kruiz turizmində müşahidə olunan artım tendensiyası 2026-cı ilin ilk beş ayında da davam edib və ölkənin dəniz turizmi sahəsində mövqeyini daha da gücləndirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır