Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

IMO və Oman Hörmüz boğazından keçidlər üçün “mərhələli təxliyə” mexanizmini işə salıb

Beynəlxalq Dəniz Təşkilatı (IMO) və Oman Hörmüz boğazı vasitəsilə Fars körfəzində qalan gəmilərin mərhələli şəkildə çıxarılması planına start verib.

“Seanews.az” xəbər verir ki, ABŞ və İran arasında əldə olunan  razılaşmadan sonra tətbiq edilən plana əsasən, Oman əməliyyata rəhbərlik edəcək, IMO isə prosesə nəzarəti həyata keçirəcək.

IMO-nun baş katibi Arsenio Dominqez bildirib ki, bölgədə qalan 11 mindən çox dənizçinin təxliyəsinə başlanılır. Təhlükəsizlik təminatlarının əldə olunduğunu qeyd edən Dominqez münaqişə zamanı 14 mülki dənizçinin həlak olduğunu da xatırladıb.

Plan çərçivəsində gəmilər qruplar üzrə çıxarılacaq, hər birinə keçid tarixi təyin ediləcək. Kapitanlar İran və ya Oman ərazi sularından keçən marşrutlardan birini seçə biləcəklər. İlk mərhələdə 40 gəminin hərəkətinə icazə verildiyi bildirilir.

Oman keçidlərin beynəlxalq hüquqa uyğun və rüsumsuz həyata keçiriləcəyini açıqlayıb. IMO bu prosesi dəniz təhlükəsizliyinin bərpası istiqamətində mühüm addım kimi qiymətləndirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır