Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

“Super El Ninyo” qlobal ticarət üçün yeni risklər yaradır

Meteoroloji təşkilatların son qiymətləndirmələrinə görə, Sakit okeanda El Ninyo hadisəsi güclənmə mərhələsinə daxil olub və bəzi ekspertlər bu prosesi "Super El Ninyo" adlandırırlar.

“Seanews.az” xəbər verir ki, mütəxəssislər bu iqlim hadisəsinin yağıntı rejimini dəyişdirərək dəniz daşımalarına və qlobal təchizat zəncirinə ciddi təsir göstərə biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Ən böyük risklərdən biri Panama kanalı ilə bağlıdır. Gözlənilən quraqlıq və su səviyyəsinin azalması kanalın ötürücülük qabiliyyətini məhdudlaşdıra, gəmilərin keçidini ləngidə və gözləmə müddətlərini artıra bilər. Bu isə alternativ marşrutlardan istifadənin genişlənməsinə və dəniz yükdaşıma tariflərinin yüksəlməsinə səbəb ola bilər.

Ekspertlərin fikrincə, Panama kanalında yaranacaq hər hansı tutum azalması enerji daşıyıcıları, kənd təsərrüfatı məhsulları və sənaye xammalının daşınma xərclərinə birbaşa təsir göstərəcək, nəticədə qlobal ticarətdə qiymət artımı riski yüksələcək.

Mütəxəssislər həmçinin vurğulayırlar ki, El Ninyo artıq təkcə meteoroloji hadisə deyil, həm də logistika planlaması, sığorta xərcləri və beynəlxalq ticarət marşrutlarına təsir göstərən strateji amilə çevrilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır