Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Çin ardıcıl ikinci il Arktikaya genişmiqyaslı elmi ekspedisiya göndərib

Çin ardıcıl ikinci il Arktikaya dörd tədqiqat gəmisinin iştirakı ilə genişmiqyaslı elmi ekspedisiya göndərib.

“Seanews.az” xəbər verir ki, “Xuelong”, “Xuelong 2” və “Jidi” buzqıranları Dalian limanından dörd aylıq səfərə yola düşüb, “Tansuo 3” tədqiqat gəmisinin isə sonradan ekspedisiyaya qoşulacağı gözlənilir.

Çinin Təbii Sərvətlər Nazirliyi bildirib ki, ekspedisiya Arktikada iqlim dəyişikliyinin təsirlərinin öyrənilməsi, həmçinin Gakkel silsiləsi ətrafında dəniz dibinin geoloji quruluşunun tədqiqinə yönəlib. Tədqiqatlarda “Fendouzhe” və “Jiaolong” adlı dərinlik aparatlarındandan da istifadə olunacaq.

Mütəxəssislərin fikrincə, Çinin Arktikaya marağı enerji təhlükəsizliyi və yeni dəniz marşrutlarının inkişafı ilə əlaqədar artır. Ölkə Rusiyanın Arktikadakı LNG layihələrindən təbii qaz idxalını genişləndirir və Şimal Dəniz Marşrutu üzrə konteyner daşımalarını artırır.

Ekspedisiya çərçivəsində Çin alimləri Rusiya və Almaniyadan olan tədqiqatçılarla birgə layihələr həyata keçirəcəklər. Çin rəsmiləri hesab edirlər ki, bu cür elmi missiyalar Arktikanın qorunmasına və iqlim dəyişikliklərinin daha yaxşı öyrənilməsinə töhfə verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır