Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Hörmüz boğazında Qətərə məxsus LNG tankeri vurulub

Qətərin dövlət gəmiçilik şirkəti “Nakilat”a məxsus, mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan “Al Rekayyat” gəmisi Hörmüz boğazını tərk edərək Omanın Limah sahilləri yaxınlığında üzərkən mərmi ilə vurulub.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, təhlükəsizlik üzrə məsləhətçi şirkət “EOS Risk Group” hadisənin pilotsuz uçuş aparatı və ya raket zərbəsi nəticəsində baş verdiyini, gəmidə isə yanğın yarandığını bildirib.

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) Omanın Limah sahilləri yaxınlığında üzən ticarət gəmisinin naməlum sursatla vurulduqdan sonra göyərtəsində yanğın baş verdiyini təsdiqləyib.

Məlumata görə, “Al Rekayyat” müharibə başlayandan bəri hücuma məruz qalan ilk Qətər LNG gəmisidir. Bildirilir ki, gəmi Qətərin Ras Laffan terminalından yük götürdükdən sonra identifikasiya sistemi (AIS) söndürülmüş vəziyyətdə hərəkət edirdi.

Hadisədən sonra Qətərdən yüklənən digər LNG gəmisi “Al Areesh” marşrutunu dəyişərək Hörmüz boğazına daxil olmayıb. Bununla belə, digər tanker və qazdaşıyan gəmilərin boğazdan hərəkəti davam edib.

Bu xəbər fonunda Avropada təbii qazın qiyməti 6 faizə qədər yüksəlib, Brent markalı neftin qiymətində də artım qeydə alınıb.

“Axios” nəşri daha əvvəl Hörmüz boğazında iki ticarət gəmisinin İran raketləri ilə vurulduğunu iddia etmişdi. ABŞ rəsmisinə istinadən verilən məlumata görə, hər iki gəmi ciddi zədələnsə də, xəsarət alan olmayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır