Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Həlak olan norveçli dalğıc IMO-nun Cəsurluq Mükafatına layiq görülüb

Beynəlxalq Dəniz Təşkilatı (IMO) 2025-ci ildə xilasetmə əməliyyatı zamanı həlak olan Norveç Dəniz Xilasetmə Cəmiyyətinin baş köməkçisi və xilasedici dalğıcı Adrian Villiyson Braskı dənizdə göstərdiyi müstəsna şücaətə görə illik "Dənizdə Müstəsna Cəsurluq" mükafatına layiq görüb.

“Seanews.az” xəbər verir ki, Brask 2025-ci il sentyabrın 26-da Nappstraumen bölgəsində güclü axın nəticəsində çevrilmiş balıqçı gəmisində itkin düşən azyaşlı qızı xilas etmək üçün buz kimi soyuq sularda axtarış apararkən həyatını itirib. Hadisə zamanı altı nəfər xilas edilsə də, nə Brask, nə də itkin düşən qız sağ tapılır.

IMO Şurası 50 namizəd arasından Braskı "müstəsna cəsarəti, fədakarlığı və özünü qurban verməsi"nə görə qalib seçib. Mükafatın rəsmi təqdimat mərasimi dekabr ayında keçiriləcək.

Bundan başqa, müxtəlif xilasetmə əməliyyatlarında fərqlənmiş dənizçilər və ekipajlar, o cümlədən “Philippine Coast Guard”, “Stena Immaculate”, “INS Trikand”, “Maersk Karachi”, “INS Tabar”, “Irish Coast Guard” və “LNG Saturn” gəmilərinin ekipajları da IMO-nun təşəkkür məktubları ilə təltif olunacaqlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır