Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Pakistan son 40 ildə ilk konteyner gəmisinin inşasına başlayıb

Pakistan hökuməti ölkənin dəniz iqtisadiyyatının inkişafı proqramı çərçivəsində 1980-ci illərdən bəri ilk iri kommersiya konteyner gəmisinin inşasına başlayıb.

“Seanews.az” xəbər verir ki, Kəraçi Gəmiqayırma və Mühəndislik Zavodunda dövlətə məxsus Pakistan Milli Gəmiçilik Korporasiyası üçün inşa edilən gəmi 1 100 TEU yük tutumuna malik olacaq.

Maliyyə çətinlikləri səbəbindən ləngiyən layihə hökumətin dəstəyi ilə yenidən bərpa olunub. Polad kəsmə işləri 2026-cı ilin yanvarında başa çatdırılıb və hazırda gəminin yığılması davam edir.

Hökumət gəmiqayırma sənayesini canlandırmaq məqsədilə gəmi və gəmiqayırma materiallarına tətbiq olunan 22 faizlik satış vergisini ləğv edib, limanların fəaliyyətini modernləşdirib və gəmi sökümü sektorunun inkişafı istiqamətində islahatlara başlayıb.

Pakistan həmçinin Honkonq Konvensiyasına qoşulub və ölkədəki beş gəmi sökümü müəssisəsinin artıq konvensiyanın tələblərinə tam uyğun fəaliyyət göstərdiyi bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır