Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Küveytdə dəniz qazma platformasına pilotsuz uçuş aparatı ilə hücum edilib

Küveytin Müdafiə Nazirliyi Şüveyx limanı yaxınlığında dövlətə məxsus “Kuwait Oil Company” şirkətinin istismar etdiyi dəniz qazma platformasına pilotsuz uçuş aparatı ilə hücum edildiyini açıqlayıb.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

Nazirliyin məlumatına görə, "cinayət xarakterli" adlandırılan hücum nəticəsində platformaya ciddi ziyan dəyib, bir işçi yaralanıb.

Hadisə İranla ABŞ arasında son günlər yenidən artan hərbi gərginlik fonunda baş verib. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına əsasən, iyulun 11-dən 12-nə keçən gecə İranda raket və pilotsuz uçuş aparatı mövqeləri, hərbi dəniz qüvvələri, sursat anbarları və digər hərbi obyektlər daxil olmaqla 140 hədəfə zərbələr endirilib.

Eyni zamanda, İranın Buşehr Atom Elektrik Stansiyasının ərazisində də zərbə izlərinin müşahidə olunduğu bildirilir. Lakin İranın Atom Enerjisi Təşkilatı stansiyaya hücum edilməsi barədə məlumatları təkzib edərək obyektin normal fəaliyyət göstərdiyini açıqlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır