Oman sahillərində hücuma məruz qalan gəmidə bir Hindistan vətəndaşı itkin düşüb
Hindistan Xarici İşlər Nazirliyi Oman sahillərində bazar günü ticarət gəmisi “GFS Galaxy”yə edilən hücum nəticəsində bir Hindistan vətəndaşının itkin düşdüyünü açıqlayıb.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
Nazirliyin məlumatına görə, gəmidə olan 11 Hindistan vətəndaşından 10-u xilas edilib, bir nəfərin isə itkin düşdüyü bildirilir.
Bəyanatda hücum pislənilib, Hindistanın Omandakı səfirliyinin vəziyyəti yaxından izlədiyi və Oman hakimiyyəti ilə birlikdə davam edən axtarış-xilasetmə əməliyyatını əlaqələndirdiyi qeyd olunub.
İran isə daha əvvəl icazəsiz marşrutla hərəkət edən gəmiyə xəbərdarlıq atəşi açdığını və mərminin gəmiyə dəydiyini bildirmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

