Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

BƏƏ: İranın raket hücumu nəticəsində Hörmüz boğazında tankerlər vurulub, bir dənizçi həlak olub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyi bildirib ki, Hörmüz boğazından keçən “Mombasa B” və “Al Bahyah” neft tankerləri İranın qanadlı raket hücumuna məruz qalıb.

“Seanews.az” xarici mediaya istinadla bu barədə xəbər verir.

Nazirliyin məlumatına görə, hücum nəticəsində “Mombasa B” tankerində Hindistan vətəndaşı olan bir ekipaj üzvü həlak olub, səkkiz nəfər yaralanıb. Yaralılardan dördünün vəziyyəti ağırdır. Xəsarət alanların altısı Hindistan, ikisi isə Ukrayna vətəndaşıdır.

BƏƏ-nin dövlət neft şirkətinin dəniz daşımaları bölməsi hər iki çox iri neft tankerinin (VLCC) ciddi zədələndiyini təsdiqləyib. Gəmilərdə baş verən yanğınlar söndürülüb.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə iki supertankerin xəbərdarlıqlara məhəl qoymadığını, naviqasiya sistemlərini söndürərək minalanmış marşrutdan keçməyə cəhd etdiyini qeyd edib. Qurum vurulan gəmilərin adlarını açıqlamayıb və BƏƏ-nin bəhs etdiyi tankerlərdən söhbət gedib-getmədiyini bildirməyib.

Bu arada, Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahilləri yaxınlığında daha bir tankerin naməlum mərmi ilə vurulduğunu bildirib. Hadisə nəticəsində ekipaj üzvlərinin xəsarət almadığı qeyd olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır