Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

SEPAH: Hörmüz boğazı yaxınlığında iki neft tankeri partlayıb

İki neft tankeri minalanmış marşrutla Hörmüz boğazından keçməyə cəhd edərkən partlayıb və yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

“ABŞ tərəfindən Hörmüz boğazının cənub hissəsindəki minalanmış marşrutdan keçməyə yönləndirilən iki neft tankeri partlayaraq alovlanıb”, - deyə “Tasnim” xəbər agentliyi SEPAH-a istinadla bildirib.

SEPAH Hərbi Dəniz Qüvvələri isə ABŞ-nin hərəkətləri nəticəsində yaranan yüksək təhlükə səbəbindən Hörmüz boğazının keçid üçün bağlı olaraq qaldığını bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır