İran Hörmüz boğazından keçməyə çalışan dörd gəmini saxlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından icazəsiz keçməyə cəhd edən dörd gəminin saxlanıldığını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Bildirilib ki, son saatlarda ABŞ ordusunun dəstəyi ilə dörd gəmi Hörmüz boğazından keçməyə cəhd göstərib. Gəmilər raket və pilotsuz uçuş aparatlarından istifadə edilən əməliyyat nəticəsində dayandırılıb.
Bundan əvvəl isə SEPAH Hörmüz boğazında minalanmış marşrutla hərəkət etməyə cəhd göstərən iki neft tankerində partlayış baş verdiyini və yanğın qeydə alındığını açıqlamışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

