Oman sahilində gəmidə yanğın baş verib
Oman sahillərində, Hörmüz boğazı yaxınlığında bir gəmidə yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hadisə Omanın Kumzar yaşayış məntəqəsindən təxminən 8 dəniz mili şimal-qərbdə qeydə alınıb. Yanğının səbəbi hələlik müəyyən edilməyib və araşdırma aparılır.
Mərkəz bölgədə hərəkət edən gəmilərə ehtiyatlı olmağı, həmçinin hər hansı şübhəli fəaliyyət barədə dərhal məlumat verməyi tövsiyə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

