"Wisdom Marine" Yaponiyadan iki "Handysize" gəmisinin alınmasından imtina edib
Tayvanın quru yük daşımaları şirkəti "Wisdom Marine" Yaponiyanın "Naikai Zosen" gəmiqayırma şirkətindən sifariş etməyi planlaşdırdığı iki "Handysize" tipli yeni gəminin alınmasından imtina edib.
"Seanews.az" xəbər verir ki, şirkət 2025-ci ilin mart ayında hər biri 39 000 dedveyt daşıma qabiliyyətinə malik gəmilərin alınmasını təsdiqləmiş, bir gəmi üçün maksimal 35,375 milyon ABŞ dolları, ümumilikdə isə 70,75 milyon ABŞ dolları məbləğində büdcə müəyyən etmişdi.
Lakin tərəflər arasında aparılan danışıqlar nəticəsində gəmi tikintisi üzrə yekun müqavilə imzalanmayıb və layihə dayandırılıb.
2025-ci ilin sonuna olan məlumata əsasən, "Wisdom Marine"in donanması 13-ü yeni tikilməkdə olan olmaqla, təxminən 140 gəmidən ibarətdir. Gəmi sayına görə Tayvanın ən böyük quru yük daşıma şirkəti olan "Wisdom Marine" son illərdə donanmasının yenilənməsi strategiyası çərçivəsində əsasən Yaponiya tərsanələrində inşa edilən handysize tipli gəmilərə üstünlük verir.

