Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Çin tərsanələri 2026-cı ilin ilk yarısında rekord həcmdə sifariş alıb

Çin gəmiqayırma sənayesi 2026-cı ilin ilk altı ayında tarixinin ən yüksək sifariş göstəricisinə nail olaraq qlobal bazarda lider mövqeyini daha da gücləndirib.

"Seanews.az" xəbər verir ki, Çin tərsanələri cəmi altı ay ərzində əvvəlki illərin tamamında əldə olunan sifariş həcmlərini geridə qoyaraq yeni rekorda imza atıblar.

Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin (MIIT) açıqladığı məlumata görə, yanvar–iyun aylarında Çin tərsanələrinə ümumilikdə 121,06 milyon dedveyt ton (DWT) həcmində yeni gəmi sifarişi verilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 173,1% artım deməkdir və dünya üzrə yeni gəmi sifarişlərinin tonnaj baxımından 82,3%-ni təşkil edir. Beləliklə, Çin təkcə ilk altı ay ərzində 2025-ci ilin bütün ili üzrə qeydə alınmış 107,82 milyon DWT sifariş həcmini 12,3% üstələyib.

İkinci rübdə də sifariş artımı davam edib. Belə ki, aprel–iyun aylarında Çin tərsanələri 61,53 milyon DWT, ilin ilk rübündə isə 59,53 milyon DWT həcmində yeni sifariş qəbul ediblər.

İyun ayının sonuna Çin tərsanələrinin ümumi sifariş portfeli 363,25 milyon DWT-ə yüksəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,9% artım deməkdir. Hazırda dünya üzrə ümumi gəmi sifarişlərinin 71,2%-i Çin tərsanələrinin payına düşür. Təkcə ikinci rübdə sifariş portfeli təxminən 41 milyon DWT artıb.

Çin sifarişlər üzrə xüsusilə üç əsas gəmi seqmentində üstünlüyünü qoruyub saxlayır. Belə ki, quru yük gəmiləri (bulk carrier), konteyner gəmiləri və tankerlər üzrə qlobal sifarişlərin 80%-dən çoxu Çin tərsanələrinə yönəlib.

Bununla yanaşı, ekoloji cəhətdən təmiz texnologiyalarla təchiz olunmuş "yaşıl gəmilər" kateqoriyasında da Çin qlobal sifarişlərin 68%-dən çoxunu əldə etməyə davam edir və son üç il ərzində bu sahədə güclü mövqeyini qoruyub saxlayır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır