Gəmi kapitanı qətlə yetirilib
Aprelin 16-da Kolumbiyanın limanında “Spirit of Hamburg” konteyner gəmisinin kapitanı qətlə yetirilib.
Gəminin məxsus olduğu “Zeaborn Ship Management” şirkətindən verilən məlumata görə hazırda hadisə yerində istintaq işləri aparılır. Cinayətkarın kimliyi barədə məlumat verilmir.
Mərhum kapitan Myanmadan idi. Heyətin digər üzvləri arasında Efiopiya, Myanma və Rusiya vətəndaşları da var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır