Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Beynəlxalq Dəniz Təşkilatının baş katibi dənizçilərə və beynəlxalq təşkilatlara müraciət edib

Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Kitak Lim dənizçilərə müraciət ünvanlayıb.

Baş katib qeyd edib ki, hazırda beynəlxalq müstəvidə dəniz limanlarının fəaliyyətinin dayanması və ya məhdudlaşdırılması səbəbindən yüzlərlə yük və sərnişin daşıma reysləri ləğv edilib. Əksər ölkələrdə ayrı-ayrı vətəndaşların səyahət və hərəkətinə qoyulan məhdudiyyətlər bir çox dənizçilərin də gəmilərdə məcburi qalmasına, sahilə enə bilməməsinə və heyətin dəyişməsi üçün gəmiyə gələ bilməmələrinə səbəb olub. Sərhədlərin bağlanmasından bəri İMO problemin həllini tapmaqda həmkarlar ittifaqları, gəmi mülkiyyətçiləri, hökumətlər və BMT-nin digər qurumları ilə, xüsusən də Beynəlxalq Əmək Təşkilatı ilə əlaqədədir.

Bununla belə, Kitak Lim IMO-ya üzv dövlətlərə məktub göndərərək, dənizçiləri "əsas işçilər" olaraq tanımağa, sənədlərindəki maneələri aradan qaldırmağa çağırıb.

O, müraciətində dənizçiləri dənizdə pandemiyaya qarşı qlobal mübarizənin ön cəbhəsindəki insanlar adlandırıb:

"Mənim əziz həmkarlarım, siz bu qlobal müharibədə ön cəbhədəsiniz. Qlobal təchizat prosesini qorumaq üçün qarşılaşdığınız problemlər və sınaqlar haqqında eşitdiyim bəzi hekayələr məni çox təsirləndirib. Hamımız çətinlikləri başa düşürük.  Siz tək deyilsiniz və sizi unutmamışıq. Biz sizi dinləyirik. Biz sizi eşidirik.  Mən sizə bu böhran vəziyyətində möhkəm cansağlığı və rifah arzulayıram.  Sağlam qalın!"

Qərargahı Londonda yerləşən Beynəlxalq Dəniz Təşkilatı (İMO) Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumudur. İMO-nun əsas məqsədi gəmilərin təhlükəsizliyini və etibarlılığını təmin etmək, həmçinin dənizlərin çirklənməsinin qarşısını almaqdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır