Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Uzaq Şərqdə dəniçzilər heyət dəyişikliyini gözləyir

Uzaq Şərqdə müxtəlif tip gəmilərdə üzən on minlərlə dənizçi heyət dəyişikliyini və səyahətdən sonra evə qayıtmağı gözləyir. Lakin koronavirusun yayılması səbəbindən ölkələr və bölgələr arasında hərəkət məhdudlaşdırıldığından bu hazırda mümkünsüzdür.

"Seanews.az" xəbər verir ki, dünya üzrə yüz mindən çox dənizçi pandemiya səbəbindən gəmidə qalmalı olub. Bir çox dənizçilərin müqavilələrinin müddəti bitib. Lakin sahilə enmə, heyət dəyişikliyi və digər mövcud qadağalara görə onlar evlərinə qayıda bilmir.

Beynəlxalq Nəqliyyat İşçiləri Həmkarları İttifaqı Böyük İyirmiliyin (G20) rəhbərliyinə müraciət edib. Müraciətdə  Böyük İyirmilyin (G20) rəhbərliyinə heyət dəyişikliyini həyata keçirmək üçün dünya üzrə bir neçə liman bazalar yaratmaq təklif olununb.  Liman bazaları yaratmaq üçün Sinqapur, Dubay, Honqkonq və Tokio kimi ölkələr təklif edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır