Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Neftin qiymətinin ucuzlaşması fonunda icarəyə götürməyə tanker tapılmır

Dünya neft bazarındakı qeyri-müəyyənlik davam edərkən ucuzlaşan qiymətlər fonunda icarəyə götürməyə tanker tapılmır.

Koronavirusla əlaqədar ötən il sutkada 100 milyon barrel olan qlobal neft tələbatı hazırda 70 milyon barrelə geriləyib. Beynəlxalq səviyyədə aviareyslərin dayandırılması və sosial təcrid nəticəsində isə neftə olan tələbat azalmaqda davam edir.

Bu vəziyyəti fürsətə çevirən və anbarlarının ucuz neftlə dolduran neftayırma zavodları daha çox tanker icarəyə götürmək axtarışındadır. Tankerlərin icarəsi isə durmadan bahalaşır, nəticədə bu sektorda fəaliyyət şirkətlərin də dəyəri sürətlə artır.

Son zamanlar dəyəri artan neft tankerləri hazırda beynəlxalq sularda gərgin fəaliyyət göstərir.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır