Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

ABŞ sahillərində lövbərdə gözləyən neft tankerlərinin sayı artır

ABŞ-ın Kaliforniya ştatının sahillərində artıq bir neçə gündür onlarla neft tankeri dayanıb.

ABŞ Sahil Mühafizə Xidmətinin yaydığı məlumata əsasən, ötən həftədən başlayaraq akvatoriyaya yeni gəmilər gəlir. Təkcə Long Beach limanı yaxınlığında 27 tanker lövbər atıb. Limanın dispetçerləri və hərbçilər “unikal vəziyyəti” izləyir, həmçinin digər gəmilərin və ətraf mühitin təhlükəsizliyini təmin edir.

“The Wall Street Journal” nəşrinin məlumatına görə, neft bazarının həddən çox yüklənməsi səbəbindən qurudakı anbarlarda yer çatışmır. Treyderlər xam nefti saxlamaq üçün tankerləri icarəyə götürməyə məcbur olur. Malta və Cənubi Afrika sahillərində də analoji vəziyyət hökm sürür.

Qeyd edək ki, koronavirus pandemiyası fonunda tələbatın azalması səbəbindən dünyada neft anbarları tez bir zamanda dolub. Ötən həftə ABŞ-ın Energetika Nazirliyi ehtiyatların artaraq 518,6 milyon barrelə çatdığını bildirib.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır