Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Tunis-Liviya yeni dəniz ticarət marşrutu ilə ilk gəmi yola çıxıb

Müxtəlif ərzaq məhsulları ilə dolu 140 konteynerdən ibarət ilk gəmi Liviyanın paytaxtı Tripoliyə getmək üçün Tunisin Sfax limanından yola çıxıb.

"Seanews.az" xəbər verir ki, bu barədə Sfax limanının meneceri Enis Kemmun bildirib.

Onun sözlərinə görə,  gəmi 48 saat yol qət edəcək və bu ticarət səfərləri 10 gündən bir həyata keçiriləcək. Gəmi ilə hələlik ixrac əməliyyatları yerinə yetiriləcək.

Bundan əvvəl Tunisin ixrac məhsulları Liviyaya quru yolla çatdırılırdı. Lakin yeni növ koronavirus səbəbindən dəniz yolundan istifadə olunmağa başlanılıb.

Qeyd edək ki, Tunis və Liviya arasında dəniz ticarət marşrutu 2013-cü ildə açılsa da, təhlükəsizlik səbəbiylə yol istifadə edilmirdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır