

Malta bayraqlı gəmi Çanaqqala boğazında problemlə üzləşib
Yunanıstandan Kocaelinin Derince limanına gedən Malta bayraqlı "Loutre" tankerinin mühərrikində Çanaqqala boğazını keçərkən problem yaranıb.
Gəminin kapitanı vəziyyət barədə dərhal Çanaqqala Boğazı Gəmi Nəqliyyat Xidmətləri İdarəsini məlumatlandırıb. Əraziyə təhlükəsizlik məqsədilə Sahil İdarəsin aid “Kurtarma-6” və “Türkeli” yedək gəmiləri göndərilib. Boğazdan keçən digər gəmilərin kapitanlarına diqqətli olmaları barədə xəbərdarlıq edilib.
Tanker “Türkeli” yedək gəmisinin köməkliyi ilə Karanlık limanında lövbər atıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır