Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

İlk sualtı kreyser sınaqdan keçirilib

Rusiyanın “Sevmaş” maşınqayırma zavodunda strateji məqsədlər üçün inşa edilmiş “Borey-A” tipli sualtı atom kreyseri “Knyaz Vladimir” Ağ Dənizdəki sınaqları yekunlaşdıraraq Severodvinsk şəhərinə gəlib.

Mayın 12-dən başlayan sınaqlar həm suyun üzündə həm də altında aparılıb. Məqsəd, öncə müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması və kreyserin keyfiyyətinin yoxlanması idi.

Rusiyanın Hərbi Dəniz Qüvvələri üçün inşa edilmiş bu kreyser əvvəlki kreyserlərdən daha az səs etməsi, mükəmməl manevr və dərinlikdə saxlanma sistemləri, həmçinin silahlara nəzarət etməsilə fərqlənir.

Gəminin Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi mayın 25-nə planlaşdırılır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır