Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

İki konteyner gəmisinin adlandırılma mərasimi keçirilib

“CSBC Corporation” gəmiqayırma zavodunda “Yang Ming” şirkətinin iki konteyner gəmisinin adlandırılma mərasimi keçirilib.

"Seanews.az" xəbər verir ki, 2,8 min TEU tutumu olan gəmilər “YM Celebrity” və “YM Continent” adlandırılıblar.

Ümumilikdə, Tayvan gəmiqayırma zavodunda 10 konteyner gəmisinin inşası sifariş verilib. Gəmilərin istismara verilməsi 2021-ci ilin ikinci rübünə planlaşdırılır. Sözügedən gəmilərin tutumu  2940 TEU, uzunluğu 209,7, eni 32,8, suya oturumu 11,2 metr, sürəti isə 21 uzeldir.

Gəmilər enerjiyə qənaətli və ekoloji cəhətdən təmiz olan müxtəlif texnologiyalarla təchiz edilib.

Gəmilər Asiya daxili marşrutlara cəlb ediləcəklər. “YM Celebrity” və “YM Continent” gəmiləri “JTS” servisində istismar ediləcəklər. Üzən vasitələr Naqoya – Tokio – Çiba – Yokohama – Honq-Konq – Şekou – Syamen marşrutu üzrə hərəkət edəcəklər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır