Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-20,
Seanews
Heyder Eliyev

Yaponiya sahillərində iki yük gəmisi toqquşub, 3 heyət üzvü itkin düşüb

Yaponiyanın “Byakko” yük gəmisi ilə Marşal Adalarında qeydiyyatda olan kiçikhəcimli, kimyəvi maddələrin daşınması üçün nəzərdə tutulmuş “ULSAN PIONEER” tankeri toqquşub.

APA Yaponiyanın “NHK” telekanalına istinadən xəbər verir ki, hadisə Yaponiyanın Şikoku adasının sahillərində baş verib.

Toqquşma nəticəsində yapon gəmisi aşıb. 12 heyət üzvündən 9-u xilas edilib. Üç dənizçinin itkin düşdüyü bildirilir. 10-dan çox sahil mühafizə gəmisi onların axtarışına cəlb edilib.

Göyərtəsində Cənubi Koreya və Myanmardan 13 dənizçinin olduğu "ULSAN PIONEER" tankeri ciddi ziyan görməyib. Toqquşmadan sonra gəmidə olan kimyəvi maddələrdən heç bir sızma müşahidə edilməyib. Gəmi Çinin Nankingi şəhərindən Yaponiyanın Osaka şəhərinə doğru hərəkət edirmiş.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır