Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

Dünya dənizçilərinin yalnız 15,3%-i “COVID-19” əleyhinə peyvənd olunub

Dünya dənizçilərinin yalnız 15,3%-i “COVID-19” əleyhinə peyvənd olunub. 

"Seanews.az" xəbər verir ki, bu barədə “Global Maritime Forum” beynəlxalq qeyri-kommersiya təşkilatının məlumatında bildirilir. 

Ümumilikdə 90 min dənizçinin əhatə olunduğu 10 ən böyük gəmi operatorundan alınan və ayda bir dəfə nəşr edilən məlumatlar dünya sularında heyət dəyişikliyi böhranının dərinləşdiyinin davam etdiyini təsdiqləyir.

“Global Maritime Forum”-un İnstitusional Strategiya və İnkişaf  üzrə rəhbəri Kasper Soqaard deyib: "Dənizçilər əsas işçilər kimi tanınmalı və “COVID-19”  peyvəndlənməsində onlara üstünlük verilməlidir. Bu, dənizçilərin rifahının qorunması və qlobal təchizat zəncirlərinin işləməsi üçün açardır. Dənizçilər, xüsusilə inkişaf etmiş ölkələrdən olan dənizçilər peyvənd olmağa başlayıblar. Amerika Birləşmiş Ştatları və bəzi Avropa ölkələrindəki proqramlar bütün əcnəbi dənizçilərə peyvənd olmağı təklif edir, lakin digər ölkələr də heyət dəyişikliyi ilə bağlı böhranı həll etmək üçün onlardan nümunə götürməlidirlər.

Gəmi operatorları peyvənd tədarükündə daha böyük problemləri olan ölkələri də müəyyən ediblər. Bunlar Filippin, Myanma, İndoneziya, Venesuela və Latviyadır.

Son məlumatlar heyət dəyişikliyi ilə bağlı böhranın həll olunmadığını bir daha təsdiqləyir. Müqavilə müddəti bitdikdən sonra gəmilərdən düşməyən dənizçilərin sayı son bir ay ərzində  8.8%-dən 9.0%-ə, gəmilərdə 11 aydan çox  olan  dənizçilərin sayı isə  1%-dən 1.3%-ə qədər artıb. Əmək Konvensiyasına görə, dənizçinin bir gəmidə  məzuniyyətə çıxmadan fasiləsiz olma müddəti 11 ​​ayı keçməməlidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır