Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-28,
Seanews
Heyder Eliyev

Yeni limanın açılış mərasimi sentyabrın 9-na planlaşdırılır

Kale yükaşırma müəssisəsi “Kale limanı-2015” layihəsi çərçivəsində genişləndirilib.

"Seanews.az" xəbər verir ki, Fransanın birləşdirilmiş Bulon-Kale limanında bərə, intermodal yüklərin daşınması və sərnişin qəbulu üçün inşa edilmiş "Yeni Kale limanı"nın açılış mərasimi cari il sentyabrın 9-na planlaşdırılır.

Yeni limanın inşasının təşəbbüskarı Kale Ticarət və Sənaye Palatası olub. İdeya 2003-cü ildə Fransa Palatası və hökuməti tərəfindən dəstəklənib.

2015-ci ilin iyul ayında maliyyə məsələləri həll edildikdən sonra dizayn və tikinti işləri üçün tender elan edilib.

Layihədə limanın 90 hektar su sahəsinin dərinləşdirilməsi, 3,2 km uzunluğunda qoruyucu dalğaqıranın, ən böyük bərələrin yan ala bilməsi üçün üç körpünün, intermodal  yüklərin aşırılması terminalının inşası və sair nəzərdə tutulmuşdu.

Layihə Avropa Birliyi tərəfindən Avropa Birliyi nəqliyyat layihələri proqramının (Connecting Europe Facility) büdcəsi çərçivəsində maliyyələşdirilmişdir. Limanın tikintisinə dövlət investorları tərəfindən 270 milyon avro ayrılmışdır.

Qeyd edək  ki, Kale limanının ərazisi (2015-ci ildən Bulon-Kale birləşdirilmiş limanı) təxminən 500 hektardır ki, bunun da 100 hektarı su sahəsidir. Hər il Ro-Ro yükləri də daxil olmaqla, 43 milyon tondan çox yükün aşırıldığı və 10 milyon sərnişinin qəbul edildiyi Bulon-Kale limanı Fransanın ən böyük yükaşırma müəssisəsidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır