Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-14,
Seanews
Heyder Eliyev

Ukrayna donanmanın inkişafı üçün böyük bir proqram  həyata keçirəcək

Seanews.az xəbər verir ki, Ukrayna prezidenti V.Zelenski 2035-ci ilə qədər Ukraynada donanmanın inkişafı üçün böyük bir proqramın həyata keçiriləcəyini bildirib. Onun sözlərinə görə, "böyük donanma"  proqramı üç mərhələdən ibarətdir.

"Birinci mərhələni reallıqda görəcəyik - mütləq 2024-cü ilə qədər yerinə yetiriləcək. İkinci mərhələ 2030-cu, üçüncüsü - 2035 ilədək tamamlanacaq",- deyə prezident bildirib.

Dövlət başçısı ölkənin hərbi-dəniz donanması - kiçik sualtı qayıqlar, korvetlər və hərbi gəmilərin inşası üçün infrastruktur yaratdığını vurğulayıb. Bundan əlavə, hərbi-dəniz bazalarının inkişafına başlanması planlaşdırılır.

Bu gün Ukraynanın yeganə əhəmiyyətli dəniz döyüş gəmisi “Getman Saqaydaçnıy” sualtı əleyhinə freqatdır.

Daha əvvəl Zelenski Berdyansk və Oçakovda iki hərbi-dəniz bazasının tikiləcəyini bildirmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır