Barens dənizində balıqçı qayığı qəzaya uğrayıb
Barens dənizində Rusiyaya məxsus balıqçı qayığı qəzaya uğrayıb.
Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hadisə Murmansk əyalətinin sahilində olub. Balıqçıların olduğu qayığın devrilməsi nəticəsində 1 nəfər həak olub. Qeyd edilir ki, balıqçılardan birini xilas etmək mümkün olub. O, xəstəxanaya yerləşdirilib.
Qəza zamanı daha 3 nəfər itkin düşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

